YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şamaxı rayonunun Ovculu, Hacıqədirli və Meysəri kəndlərində Prezidentliyə namizəd İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində görüşlər keçirilib

Prezidentliyə namizəd cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində növbəti görüşlər Şamaxı rayonunun Ovculu, Hacıqədirli və Meysəri kəndlərinin seçiciləri ilə keçirilib. 

Tədbirlərdə Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahı Şamaxı rayon şöbəsinin təbliğat-təşviqat qrupunun üzvü Eyvaz Eminaliyev çıxış edərək bildirib ki, ölkəmiz mühüm siyasi kampaniya - prezident seçkiləri ərəfəsindədir. E.Eminalıyev diqqəti cənab İlham Əliyevin son on beş ildə gördüyü işlərə yönəldib. Bildirib ki, Azərbaycan iqtisadi inkişaf yolunda inamla irəliləyir: «Bu inkişafı daha da sürətləndirmək üçün seçkilərdə fəal iştirak etməli, cənab İlham Əliyevi dəstəkləyərək, onun ətrafında sıx birləşməliyik.»

Görüşlərdə qərargah üzvləri Ağarza Bayramov, Tünzalə Yusifova, Nəzakət Abdulrazaqova, Səməd Fətəliyev, Namik Rzazadə, Şahmar Hüseynov seçkilərin demokratik, dünya standartlarına uyğun keçirilməsi üçün Azərbaycan dövlətinin atdığı addımlardan danışaraq, prezident seçkilərinin demokratiya yolunda növbəti addım olacağını bildiriblər. 11 aprel prezident seçkilərini səbirsizliklə gözləyən şamaxılılar cənab İlham Əliyevi dəstəkləməklə Azərbaycanın daha böyük zirvələri fəth etməsinə zəmin yaradacaqlar.

Sonra natiqlər seçicilərin suallarına cavablandırıblar.

 

 

DİGƏR Xəbərlər Arxiv