Xəbərlər
İmişlilər yekdilliklə cənab İlham Əliyevə səs verəcəklər

«İlhamla irəli» devizi ilə təbliğat kampaniyasına uğurla start verən Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının İmişli rayon şöbəsi Soltan Muradlı, Özcələr, Hadı Rüstəmli və Yuxarı Qaralar kəndlərində seçicilərlə görüş keçirib.
Qələbəliklə keçən görüşlərdə YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev çıxış edərək bildirib ki, Azərbaycan dövlətinin və xalqının bundan sonrakı inkişafı üçün YAP-ın Sədri, cənab İlham Əliyevin yenidən Prezident seçilməsi zəruridir: «Tam əminliklə deyə bilərəm ki, imişlilər bu seçkidə də fəal olacaqlar və böyük səs çoxluğu ilə YAP-ın namizədi cənab İlham Əliyevi dəstəkləyəcəklər. Ona görə ki, cənab İlham Əliyev son 15 ildə həyata keçirdiyi müdrik daxili və xarici siyasəti ilə, eyni zamanda, qətiyyəti və ləyaqətli siyasi addımları ilə sübut edib ki, məhz onun ölkəmizə rəhbərliyi bizim dövlətimizə və ölkəmizə ancaq inkişaf, nüfuz qazandırıb.»
Tədbirdə çıxış edən YAP rayon təşkilatının sədr müavini Cəsur Paşayev bildirib ki, Azərbaycan xalqı qədirbilən və müdrik xalqdır. Ona görə də onlar son 15 ildə ölkəmizdə böyük inişaflara nail olan Prezident İlham Əliyevə yenidən etimad göstərəcəklər. Bu, bizim hər birimiz üçün, sosial rifah halımızın jaha da yaxşılaşması üçün lazımdır.
Tədbirdə «Xalq sözü» qəzetinin baş redaktoru Səməd İsmayılov da çıxış edərək seçiciləri YAP-ın namizədinə səs verməyə çağırıb. Tədbirdə çıxış edən digər seçicilər də birmənalı olaraq YAP-ın namizədinə səs verəcəklərini bildiriblər