YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Biləsuvar rayonunun Nəsimi kəndində seçicilərlə görüş keçirilib

11 aprel 2018-ci il tarixdə keçiriləcək Azərbaycan Respublikasının Prezidenti seçkiləri ilə əlaqədar YAP Biləsuvar rayon təşkilatının təbliğat qrupu  martın 22-də Biləsuvar rayonunun Nəsimi kəndində seçicilərlə görüş keçirib.

Görüşdə YAP Biləsuvar rayon təşkilatı təbliğat qrupunun üzvü Əjdər Niftiyev Yeni Azərbaycan Partiyasının namizədi, ölkə Prezidenti cənab İlham Əliyevin hakimiyyəti illərində ölkədə uğurla həyata keçirilən sosial-iqtisadi siyasətdən danışıb.Qeyd edib ki, 15 ilə yaxın bir müddət ərzində cənab İlham Əliyevin rəhbərliyi ilə bütün sferalarda dinamik inkişafa nail olunub, əhalinin rifahı günü-gündən yüksəlib. O, seçiciləri Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıb.

Tədbirdə təbliğat qrupunun üzvü Nadir Əliyev ölkə rəhbərinin həyata keçirdiyi sosial islahatlardan söz açıb.

Tədbirdə seçicilərdən Qələmxan Novruzov, Xudayar Kərimov, Şakir Ağayev və başqaları çıxış edərək bildiriblər ki, 11 apreldə keçiriləcək prezident seçkilərində ölkə Prezidenti cənab İlham Əliyevə səs verəcəklər.