Xəbərlər
Ermənilər Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutublar

Ermənistan ordusunun bölmələri sentyabrın 18-də və 19-da gecə Azərbaycan Respublikasının Ağdam rayonunun Yusifcanlı, Qaraqaşlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutublar.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, düşmən cavab atəşi ilə susdurulub.