Xəbərlər
Türkiyənin Baş naziri Əhməd Davudoğlu Azərbaycanda rəsmi səfərdədir

Türkiyə Respublikasının Baş naziri Əhməd Davudoğlu sentyabrın 19-da Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.
Baş nazir Əhməd Davudoğlunu hava limanında Azərbaycan Respublikası Baş nazirinin müavini Abid Şərifov və digər rəsmi şəxslər qarşıladılar.
Türkiyənin və Azərbaycanın dövlət himnləri səsləndi.