YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev Gənclər Fondunun Müşahidə Şurasının sədrinin, üzvlərinin və icraçı direktorunun təyin edilməsi barədə sərəncamlar imzalayıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də Gənclər Fondunun Müşahidə Şurasının sədrinin, üzvlərinin və icraçı direktorunun təyin edilməsi barədə sərəncamlar imzalayıb.

Dövlətimizin başçısının imzaladığı Sərəncama əsasən, Fərid Cəfərov Gənclər Fondunun icraçı direktoru vəzifəsinə təyin olunub.

Azərbaycan Prezidentinin imzaladığı digər Sərəncamla isə Fondun Müşahidə Şurasının tərkibi təsdiqlənib. Prezident Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev Fondun Müşahidə Şurasının sədri təyin olunub. Gənclər və idman nazirinin müavini İntiqam Babayev, təhsil nazirinin müavini Firudin Qurbanov, mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Seymur Hüseynov, “Gənclərin İntellektual İnkişafına Yardım” İctimai Birliyinin idarə heyətinin sədri Seymur Orucov, “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov, “Cavan” Gənclər Hərəkatı İctimai Birliyinin icraçı direktorunun müavini İlham Hümbətov isə Müşahidə Şurasının üzvləri təyin ediliblər.

 

DİGƏR Xəbərlər Arxiv