YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rauf Əliyev: Azərbaycanda turizmin daha da inkişafı üçün böyük potensial mövcuddur

«Azərbaycanda  turizmin daha da inkişafı üçün böyük potensial mövcuddur». Bu fikri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Rauf Əliyev deyib.

R.Əliyev bildirib ki, hazırda respublikamızın bölgələrində müasir tələblərə cavab verən turizm obyektləri istifadəyə verilir. Onun sözlərinə görə, görülən işlərin nəticəsidir ki, son illər Azərbaycana gələn turistlərin sayında xeyli artım var.

«Ölkəmizin coğrafi mövqeyi, təbiəti, iqlimi imkan verir ki, burada turizm daha da inkişaf etsin. Eyni zamanda,  respublikamızın tarixi-mədəni abidələrlə zəngindir ki, bu amil də xarici turistləri cəlb edir. Yəni, ölkəmizdə turizmin inkişafı üçün çox böyük potensial mövcuddur. Dövlətin dəstəyi ilə bu sahə dinamik olaraq inkişaf edir. Bu ilin birinci rübündə onminlərlə xarici turistin ölkəmizə gəlməsi də bunu sübut edir. Şübhə yoxdur ki, bu sahədə həyata keçirilən uğurlu tədbirlər sayəsində Azərbaycan turizm sahəsində daha böyük uğurlar qazanacaq»- deyə, R.Əliyev qeyd edib.