YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Gündəm

Prezident İlham Əliyev: Biz doğma torpaqlarımıza qayıdacağıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik

Prezident İlham Əliyev aprelin 28-də Bakıda İkinci Qlobal Açıq Cəmiyyətlər Forumunun rəsmi açılışında nitqində qeyd etmişdir ki, hazırda Azərbaycan tarixdə heç vaxt olmadığı kimi beynəlxalq təsisatların dəstəyinə malikdir: “Bunun bir nümunəsi bizim BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməyimizdə 155 ölkənin lehimizə səs verməsi oldu. Bu, o deməkdir ki, beynəlxalq ictimaiyyətin tam əksəriyyəti bizi dəstəklədi. Hətta ikitərəfli münasibətlərimiz o qədər fəal olmayan ölkələr belə bizi dəstəklədi. Onlar bizə etimad göstərdilər. Çünki bilirdilər ki, biz öz vədlərimizi yerinə yetirəcəyik. BMT-nin Təhlükəsizik Şurasının üzvü kimi əsas gündəliyimiz hüququn aliliyini və ədaləti qorumaq idi. Fikrimcə, bunlar indiki dünyanın iki ən əsas elementidir. Əfsuslar olsun ki, onların hər ikisi kobud şəkildə pozulub. Bu pozulmaya reaksiya yoxdur, çünki erməni qoşunlarının ərazilərimizdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnaməsi vardır. Həmin qətnamələrdən heç biri həyata keçirilməyib. İşğal davam edir. Biz etnik təmizləməyə məruz qalmışıq. Ölkəmizin tarixi hissəsi olan Dağlıq Qarabağ və ətrafındakı 7 rayon 20 ildən çoxdur ki, işğal altındadır. Beynəlxalq təşkilatlar, əlbəttə ki, qətnamələri qəbul ediblər. Bununla bağlı digər beynəlxalq təşkilatlar - ATƏT, Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası və əlbəttə ki, BMT-nin Baş Məclisi və Təhlükəsizlik Şurası qərarlar qəbul ediblər. Lakin onlardan heç biri yerinə yetirilməyibdir. Görünür, onların icra mexanizmləri yoxdur.”

“Zənnimcə, 1990-cı illərin əvvəllərində baş verənlər göstərdi ki, biz azad olmaq, müstəqillik üçün böyük qurbanlar verməli idik. Lakin cəmiyyətimizin bütün üzvləri tam əmin idi ki, bu vəziyyət uzun çəkə bilməz. Biz doğma torpaqlarımıza qayıdacağıq. Biz öz ərazi bütövlüyümüzü bərpa edəcəyik. Azərbaycan xalqı, 1 milyon qaçqın və məcburi köçkün hazırda işğalçılar tərəfindən zəbt olunmuş torpaqlarında, doğma yurdlarında yaşamaq hüququnu bərpa edəcəkdir. 1990-cı illərin əvvəllərində Dağlıq Qarabağda ermənilər qeyri-qanuni referendum keçirdilər. Bundan öncə, Dağlıq Qarabağın əhalisinin üçdəbirini təşkil edən etnik azərbaycanlılar oradan qovulmuşdur. Bu hadisədən sonra qeyri-qanuni referendum keçirildi. Bu səbəbdən, dünyanın heç bir ölkəsi nə həmin “referendum”u, nə də qondarma “Dağlıq Qarabağ respublikası”nı tanımır. Bir sözlə, beynəlxalq hüquq, ədalət və tarix mövqeyimizi dəstəkləyir. Lakin aydın şəkildə anlayırıq ki, ədaləti və beynəlxalq hüququ bərpa etmək üçün bu, kifayət deyildir. Bunu etmək üçün biz daha güclü olmalıyıq. Əfsuslar olsun, görürük ki, güc yenidən beynəlxalq münasibətlərin gündəliyində əsas yer tutur. Onda regionumuzun ölkələri, bizim kimi ölkələr nə etməlidir?”- deyə, Prezident İlham Əliyev qeyd etmişdir.  

DİGƏR xəbərlər Arxiv