YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Samuxda görüş keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Samux rayon təşkilatı tərəfindən İnstitut qəsəbə ərazi partiya təşkilatında Latviya prezidentinin Azərbaycana rəsmi səfərinə həsr olunmuş görüş keçirilib.

Tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Giriş nitqi ilə çıxış edən YAP Samux rayon təşkilatının sədr müavini Sevinc Xəlilova Latviya prezidentinin Azərbaycana rəsmi səfərinin iki ölkə arasında münasibətlərin inkişafında mühüm mərhələ olduğunu bildirib. O qeyd edib ki, bu səfər Azərbaycan ilə Latviya arasında siyasi dialoqun genişlənməsinə, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın daha da dərinləşməsinə xidmət edir.

S.Xəlilova vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasət nəticəsində ölkəmiz beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınır və müxtəlif dövlətlərlə, o cümlədən Latviya ilə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini inkişaf etdirir. Bildirilib ki, bu cür rəsmi səfərlər dövlətlərarası münasibətlərin möhkəmlənməsinə, təcrübə mübadiləsinin genişlənməsinə və yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsinə əlverişli şərait yaradır.

Daha sonra çıxış edən partiya üzvləri Namiq Cəfərov, Dilarə Əsgərova, Sevil Vəkilova və Züleyxa Namazova Azərbaycan ilə Latviya arasında dostluq münasibətlərinin yüksələn xətt üzrə inkişaf etdiyini qeyd ediblər. Natiqlər bu cür qarşılıqlı səfərlərin müxtəlif sahələr üzrə əməkdaşlığın genişlənməsinə mühüm töhfə verdiyini diqqətə çatdırıblar.

DİGƏR Xəbərlər Arxiv