YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şirvanda YAP-ın namizədinə kütləvi şəkildə imza verirlər

Yeni Azərbaycan Partiyası tərəfindən Azərbaycan Respublikasının Prezidentliyinə namizədliyi irəli sürülmüş cənab İlham Əliyevin  namizədliyinin müdafiəsi üçün  imzatoplama kampaniyasına start verilib.

Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatında imzatoplama kampaniyası uğurla həyata keçirilir. YAP Şirvan şəhər təşkilatının sədri Samid Abıyev imzatoplama kampaniyasından danışarkən bildirdi ki, partiyamızın böyük seçki təcrübəsi var. Belə ki, 1993-cü ildən başlayaraq respublikamızda keçirilən bütün prezident, parlament və bələdiyyə seçkilərinin qalibi YAP olub. Bu qələbələr YAP-ın cəmiyyətdəki yerinin möhkəm olduğunu, həmçinin dövlətçiliyimizin möhkəmləndirilməsi, ölkəmizin inkişafı istiqamətində həyata keçirilən proqramların nəticəsi olaraq, xalqın bu təşkilata böyük etimad göstərdiyini təsdiq edir.