YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Seymur Hüseynov: Ölkəmizdə gənclərin inkişafı və fəaliyyəti üçün hər cür şərait yaradılıb

«Bu gün gənclər ölkə əhalisinin 30 faizindən çoxunu təşkil edir. Sevindirici haldır ki, hazırda gənclər regionda bütün sahələrdə lider dövlətə çevrilən güclü Azərbaycanda yaşayırlar». Bu fikirləri Gənclər Təşkilatları Milli Şurasının sədri Seymur Hüseynov deyib.

S.Hüseynov bildirib ki, ölkəmizdə gənclərin inkişafı və fəaliyyəti üçün hər cür şərait yaradılıb. Onun sözlərinə görə, bu uğurlar Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində əldə olunub.

«Ölkəmizdə Gənclər Fondunun yaradılması, Gənclər mərkəzləri və evlərinin, Olimpiya İdman komplekslərinin tikilib istifadəyə verilməsi, gənclər üçün Prezident mükafatının təsis edilməsi Azərbaycan dövlətinin gənclərə və idmançılara göstərdiyi yüksək diqqət və qayğının əyani göstəriciləridir. Ona görə də, gənclərimiz prezident seçkilərində onlara bu mükəmməl şəraiti yaradan Prezident İlham Əliyevin namizədliyini dəstəkləyəcəklər»-deyə, S.Hüseynov qeyd edib.