YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yaqub Mahmudov: 1918-ci ilə qədər Qafqazda heç zaman erməni dövləti olmayıb

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda aparılmış tədqiqatlar nəticəsində sübut edilib ki, 1918-ci ilə qədər Cənubi Qafqazda heç zaman erməni dövləti olmayıb.

Bunu AMEA Tarix İnstitutunun direktoru Yaqub Mahmudov deyib.

İnstitut direktoru bildirib ki, tarixçi alimlərin kollektiv əsəri olan “İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi” adlı fundamental tədqiqat rus, ingilis, rumın, italyan, ispan və ərəb dillərinə tərcümə olunaraq dünya ölkələrində yayılıb. Yaxınlarda “İrəvan xanlığı” kitabı türk və alman dillərində də çap olunacaq.

Y.Mahmudov qeyd edib ki, Prezident İlham Əliyevin YAP-ın VI qurultayında çıxışı real tarixi faktlara, tarixi həqiqətə əsaslanıb: “İrəvan bizim tarixi torpağımızdır və biz azərbaycanlılar bu tarixi torpaqlara qayıtmalıyıq”. Ermənilər bütün dünyada saxtakar təbliğat işi aparır, iddia edirlər ki, guya onlar bu regionun ən qədim əhalisidir, guya Azərbaycan xalqı bura haradansa köçüb gəlmədir. Bəyan edirəm ki, ermənilər nəinki Cənubi Qafqaza və Azərbaycana, ümumiyyətlə, Asiya qitəsinə köçüb gəlmə əhalidir. Ermənilərin gəlmə olduğunu mənbələr və “tarixin atası” Herodot təsdiq edir. Herodot təsdiq edir ki, ermənilər Balkan yarımadasından Van gölünün ətrafına köçüb gəlmiş frigiyalıların nəsilləridir".

İnstitut direktoru vurğulayıb ki, ermənilər Cənubi Qafqazın aborigen əhalisi deyil, onlar bu torpaqlara Osmanlı imperiyası və İran ərazisindən çar Rusiyası tərəfindən köçürülüb: "Ermənilərin köçürülməsi barədə əlimizdə minlərlə arxiv sənədi var. 1918-ci il mayın 29-da beynəlxalq təzyiq nəticəsində Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının İrəvanın ermənilərə verilməsi barədə qərarı yanlış qərar idi. Milli Şuranın 28 üzvündən 16-sı bu qərara səs vermişdi. Yəni qərar 2/3 səs çoxluğu olmadan qəbul edilib. İyunun 1-də İrəvandan olan deputatlar – Mirhidayət Seyidov, Bağır Rzayev, Nəriman bəy Nərimanbəyov protest verdilər ki, bu, qeyri-qanuni qərardır".

DİGƏR Xəbərlər Arxiv