YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İlham Məmmədov: Yeni Azərbaycan Partiyasının VI Qurultayı tarixi qərar qəbul edib

«Yeni Azərbaycan Partiyasının VI Qurultayı tarixi qərar qəbul edib. Prezident İlham Əliyevin növbəti 7 ildə də Azərbaycana rəhbərlik etməsi təkcə partiyamızı üzvlərinin deyil, dövlətini, ölkəsini sevən, torpaqlarının işğal altında qalması ilə barışmayan, xalqımızı daha güclü, qüdrətli görmək istəyən hər bir vətəndaşın arzusudur». Bu fikirləri Milli Məclisin deputatı, YAP Yevlax şəhər təşkilatının sədri İlham Məmmədov deyib.

İ.Məmmədov bildirib ki, Azərbaycan son 15 ildə Prezident İlham Əliyevin rəhbərliyi  ilə böyük inkişaf yolu keçib. Onun sözlərinə görə, məhz uğurlu siyasət nəticəsində Azərbaycan regionun lider dövlətinə çevrilib.

«Prezident İlham Əliyevin qətiyyətli siyasət nəticəsində  Azərbaycan nəhəng transmilli layihələrə müəlliflik edib. Böyük enerji layihələri, Bakı-Tbilisi, Qars dəmir yolu, Şimal-Cənub nəqliyyat dəhlizi məhz belə layihələrdir. Bütövlükdə ötən 15 ildə ölkəmizin iqtisadiyyatı, dəfələrlə artıb, əhalinin həyat səviyyəsi xeyli yüksəlib, bütün sahələr üzrə böyük inkişaf əldə olunub. Bu mənada YAP-ın VI Qurultayının qərarı Acərbaycan cəmiyyəti tərəfindən böyük rəğbətlə qarşılanır»- deyə, İ.Məmmədov vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv