Xəbərlər
Ermənilər cəbhənin bir neçə istiqamətində atəşkəs rejimi pozublar
Ermənistan ordusunun bölmələri sentyabrın 15-də gecə Azərbaycan Respublikasının Ağdam rayonunun Novruzlu, Sarıcalı, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında və Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutublar.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, düşmən cavab atəşi ilə susdurulub.