YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elmir Vəlizadə: Azərbaycanın coğrafi mövqeyi İKT ilə yanaşı, yeni sənaye sahələrini də inkişaf etdirməyə imkan verir

«Azərbaycanın coğrafi mövqeyi İKT ilə yanaşı, yeni sənaye sahələrini- yüksək texnologiyanı, nanotexnologiyanı və nüvə texnologiyasını inkişaf etdirməyə imkan verir. Ölkəmizdə bu sahə ilə bağlı böyük potensial mövcuddur». Bu fikirləri rabitə və yüksək texnologiyalar nazirin müavini Elmir Vəlizadə deyib.

E.Vəlizadə bildirib ki, texnoparklar yeni inkişaf istiqamətləri yaradıb. Onun vasitəsi ilə ölkəyə həm yeni texnologiyanın gətirildiyini, həm də beynəlxalq şirkətlərin cəlb edildiyini söyləyən E.Vəlizadə sözügedən parkda araşdırmaların aparılması, startapların sərbəst fəaliyyət göstərməsi üçün lazım olan bütün şərait yaradıldığını vurğulayıb. «Azərbaycanın növbəti peykinin orbitə buraxılması istiqamətində də lazımi işlərin aparılır. Eyni zamanda,  Azərbaycanın ən ucqar nöqtəsində də internetə qoşulmaq mümkündür. Bu gün mobil telefonu olan hər bir kəs ölkənin istənilən ərazisində internet xidmətlərindən asanlıqla istifadə edə bilir»- deyə, nazir müavini vurğulayıb.