YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev Avstriyanın Avropa, inteqrasiya və xarici işlər federal nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 11-də Avstriya Respublikasının Avropa, inteqrasiya və xarici işlər federal naziri Sebastian Kurtsun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Dövlətimizin başçısı Azərbaycan ilə Avstriya arasında ikitərəfli münasibətlərin səviyyəsinin razılıq doğurduğunu vurğuladı. Prezident İlham Əliyev ölkələrimiz arasında əlaqələrin möhkəmləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmini qeyd etdi. İqtisadi sahədə əməkdaşlığımıza toxunan dövlətimizin başçısı Avstriya şirkətlərinin Azərbaycandakı əhəmiyyətli layihələrdə iştirakını bunun yaxşı nümunəsi kimi dəyərləndirdi. Prezident İlham Əliyev ölkələrimiz arasında siyasi, iqtisadi, enerji və digər sahələrdə əlaqələrin daha da inkişaf etdirilməsi üçün böyük imkanların olduğunu vurğuladı.

Avstriyanın Avropa, inteqrasiya və xarici işlər federal naziri Sebastian Kurts ölkəmizə ilk səfərindən məmnunluğunu ifadə etdi. İş adamlarından ibarət böyük nümayəndə heyəti ilə Azərbaycana səfər etdiyini vurğulayan avstriyalı nazir öz növbəsində bu səfərin ikitərəfli əlaqələrimizin müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi və digər sahələrdə inkişaf etdirilməsi ilə bağlı məsələlərin müzakirəsi üçün yaxşı imkan yaratdığını bildirdi.