Xəbərlər
Naxçıvanda MDB-nin Dövlətlərarası Şurasının Sənayedə Təhlükəsizlik üzrə XII iclası keçiriləcək
Müstəqil Dövlətlər Birliyi (MDB) İcraiyyə Komitəsinin təşəbbüsü və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) təşkilatçılığı ilə sentyabrın 16-17-də Naxçıvan Muxtar Respublikasında MDB-nin Dövlətlərarası Şurasının Sənayedə Təhlükəsizlik üzrə XII iclası keçiriləcəkdir.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, iclasın əsas məqsədi üzv ölkələr arasında təhlükəli istehsal obyektlərində sənaye təhlükəsizliyinin təmin edilməsi sahəsində əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi və bu istiqamətdə əldə edilmiş təcrübələrdən birgə yararlanmaq perspektivləri ətrafında fikir mübadiləsi aparmaqdır.
İclasda Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya Federasiyası, Moldova, Tacikistanın müvafiq qurumlarının rəhbərləri, MDB İcraiyyə Komitəsinin və BMT-nin Avropa İqtisadi Komissiyasının nümayəndələri iştirak edəcəklər.