YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sergey Lavrov: Dağlıq Qarabağ münaqişəsi ilə bağlı birbaşa dialoq təəssüf ki, indiyədək ciddi irəliləyişlə nəticələnməyib

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ATƏT Nazirlər Şurasının 24-cü illik iclası çərçivəsində mətbuat konfransı keçirib.

XİN rəhbəri mətbuat konfransında ATƏT məkanındakı bütün münaqişələrə eyni yanaşmanın mümkün ola bilməsi ilə bağlı sualı cavablandırıb.

Nazir bildirib ki, Rusiya hələ yeddi il əvvəl ATƏT-də münaqişələrlə bağlı Əsas Prinsiplərin əksini tapdığı sənədin qəbul olunmasına çalışıb. Lakin qərbli tərəfdaşlar hər münaqişənin özünün spesifik xüsusiyyətini əsas gətirərək, bu təkliflə razılaşmayıblar. O deyib: “Münaqişənin nizamlaması ilə məşğul olan vasitəçilərin əsaslanmalı olduğu ümumi meyarlara əlbəttə ki, spesifikliyi də əlavə etmək lazımdır. Məsələn, Moldovadakı münaqişədə söhbət gərginliyin azaldılmasından getmir, orada faktiki olaraq heç bir gərginlik yoxdur. Ukraynada isə atəşkəsin pozulması hallarının qarşısını almaq lazımdır. Əlbəttə, hər bir münaqişədə həmin mərhələdəki prioriteti nəzərə almaq lazımdır. Amma bununla yanaşı, ümumi yanaşmalar da olmalıdır. Bu yanaşmalar sırasında ən vacibi münaqişə tərəfləri arasında birbaşa dialoqun mövcud olmasıdır.

Nazir qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı birbaşa dialoq aparılır. Təəssüf ki, bu dialoq indiyədək ciddi irəliləyişlə nəticələnməyib. Amma faktdır ki, bu il prezidentlər arasında danışıqlar baş tutdu, xarici işlər nazirləri görüşdülər. Bunlar müsbət haldır. Biz amerikalı və fransalı həmsədrlərlə birlikdə kollektiv yanaşmasının mövcud olduğu bu istiqamətdə işimizi davam etdirəcəyik. Bu iclasda biz bunu bir daha təsdiq etdik. Verdiyimiz bəyanatda həll üçün nəzərdə tutulan əsas prinsiplər öz əksini tapıb. Tərəflər bunu qəbul edib, lakin hələ addım atılmayıb. Bu, asan məsələ deyil, amma bu istiqamətdə işləyəcəyik.