YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Səməd Seyidov: Azərbaycanın mövqeyi ən düzgün və güclü mövqelərdəndir

“Şərq tərəfdaşlığı” sammitində qəbul olunmuş yekun sənəd onu göstərdi ki, Azərbaycanın mövqeyi ən düzgün və güclü mövqelərdəndir. Bu fikri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.

S.Seyidov bildirib ki,  Avropa strukturları daxilində problemlər və böhran xarakterli tendensiyalar müşahidə olunur. Onun sözlərinə görə, hər hansı süni yaxınlaşmaqdansa, beynəlxalq qanun və prinsiplərə riayət olunsa, bütün ölkələr həm Avropa, həm də “Şərq tərəfdaşlığı” ölkələri bir-birinin problemlərini və gələcəyini də daha yaxşı başa düşə bilər.

«Müxtəlif ideyalar var və onların ətrafında fikir mübadiləsi aparılıb. Bu nöqteyi-nəzərdən Azərbaycanın seçdiyi və təklif etdiyi mövqe ən düzgünüdür. Bu mövqe isə ondan ibarətdir ki, beynəlxalq qanun çərçivəsində Avropa və dünyada artıq qəbul olunmuş müddəaları müdafiə etmək lazımdır. Onların arasında isə ən əsası ərazi bütövlüyü və dövlətlərin müqəddəratının tanınması və bu istiqamətdə xüsusi işlərin aparılmasıdır» - deyə, komitə sədri vurğulayıb.