YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanın Prezidenti Giorgi Marqvelaşviliyə başsağlığı verdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstanın Prezidenti Giorgi Marqvelaşviliyə Batumi şəhərində mehmanxanada baş vermiş yanğın nəticəsində insan tələfatı ilə əlaqədar başsağlığı verdi.

Başsağlığında deyilir: “Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Gürcüstan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm.”