YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Samir Şərifov: 2018-ci ilin dövlət büdcəsinin gəlirləri 20,127 milyard manat proqnozlaşdırılır

«2018-ci ilin dövlət büdcəsinin gəlirləri 20,127 milyard manat proqnozlaşdırılır. Bu, ümumi daxili məhsulun 29 faizi həcmində olmaqla 2017-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 3,361 milyard manat və ya 20 faiz, ötən ilin faktiki icra göstəricisi ilə müqayisədə 2,621 milyard manat və ya 15 faiz çoxdur». Bu fikirləri maliyyə naziri Samir Şərifov parlament bu gün keçiriləniclasında gələn ilin dövlət büdcəsi haqqında məlumat verərəknə deyib.

S.Şərifov bildirib ki, dövlət büdcəsinin gəlirləri üzrə proqnozun 7,907 milyard manatı və ya 39,3 faizi Vergilər Nazirliyinin xətti ilə daxilolmaların, 9,216 milyard manatı və ya 45,8 faizi Dövlət Neft Fondundan transfertin, 2,43 milyard manatı və ya 12,1 faizi Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların, 574 milyon manatı və ya 2,8 faizi isə digər gəlirlərin payına düşür. Azərbaycanın 2018-ci il dövlət büdcəsinin layihəsində dövlət borcuna xidmətlə bağlı 2,263 milyard manat həcmində vəsaitin ayrılması nəzərdə tutulur ki, bu da 2017-ci ilin analoji proqnozu ilə müqayisədə 37,8 faiz çoxdur. Bu artımın da 72 faizi (442 milyon manat) Azərbaycan Beynəlxalq Bankının (ABB) sağlamlaşdırılması prosesi çərçivəsində dövlətin üzərinə keçmiş xarici kreditorlar qarışındakı öhdəliklərin icrasına yönəldilmiş xərclərdir.

S.Şərifov qeyd edib ki, gələn il xarici maliyyə institutlarından cəlb ediləcək 1 milyard 362 milyon manat kredit hesabına bir sıra infrastruktur və sosial dayanıqlı layihələrin maliyyələşdirilməsi davam etdiriləcək. Bundan başqa, Azərbaycan Respublikası Neft Fondunun (ARDNF) vəsaiti hesabına bir sıra investisiya layihələrinin maliyyələşdirilməsi üçün 2 milyard 771 milyon manat vəsait nəzərdə tutulub.

«Publik hüquqi şəxslərin fəaliyyətinin tənzimlənməsi üçün dövlət dəstəyi olaraq 111 milyon manat maliyyə yardımı ayrılacaq. Dövlət tərəfindən maliyyə yardımı, ianə və dotasiyalar şəklində bələdiyyələrə, qeyri-dövlət təşkilatlarına, dini qurum və icmalara, siyasi partiyalara və kütləvi informasiya vasitələrinin inkişafına, Gənclər Fonduna, Bilik Fonduna, Elmin İnkişafı Fonduna müvafiq məbləğlərdə vəsait ayrılması nəzərdə tutulub»- deyə nazir vurğulayıb.