YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Səməd Seyidov: Azərbaycanın Avropa ölkələri ilə sıx əməkdaşlığı mövcuddur

Noyabrın 7-də Milli Məclisdə Avropa İttifaqı (Aİ) Şərq Tərəfdaşlığının xüsusi tapşırıqlar üzrə səfirlərindən ibarət nümayəndə heyəti ilə görüş keçirilib.

Görüşdə Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bu yaxınlarda Brüsseldə keçiriləcək Şərq Tərəfdaşlığı Sammitində maraqlı müzakirələrin gözlənildiyini bildirib. O, bu müzakirələrin səmərəli olacağına ümid etdiyini söyləyib.

Səməd Seyidov Azərbaycanın uğurlu layihələrə imza atdığını, Avropa ölkələri ilə sıx əməkdaşlığının mövcud olduğunu deyib. O, bu yaxınlarda istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyətindən söhbət açıb.

Milli Məclisin Fransa ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Cavanşir Feyziyev deyib ki, Şərq Tərəfdaşlığı Avropa İttifaqını və Azərbaycanı daha da yaxınlaşdırır və gələcək əməkdaşlığa öz töhfəsini verir. O qeyd edib ki, bu gün Azərbaycan Avropadan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində görülən işlərin daha fəal olmasını istəyir və ölkəmiz bu məsələyə Avropa İttifaqının daha həssas yanaşmasını gözləyir.

Milli Məclisin gənclər və idman komitəsinin sədri, Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Fuad Muradov Azərbaycanın islahatlarla bağlı Avropa İttifaqı ilə əməkdaşlığa daim hazır olduğunu deyib.

Hazırda Avropa İttifaqı Şurasına sədrlik edən Estoniyanın Avropa İttifaqı Şərq Tərəfdaşlığında xüsusi səlahiyyətli səfiri Yaan Reinhold Azərbaycan Prezidentinin Brüsselə son səfərinin əhəmiyyətindən danışıb. O, Azərbaycanın Aİ üçün önəmli ölkə olduğunu və əməkdaşlığı yüksək qiymətləndirdiyini bildirib. Qeyd edilib ki, Aİ və Azərbaycan arasında münasibətlər müsbət dinamika ilə inkişaf edir.

 

DİGƏR Xəbərlər Arxiv