Xəbərlər
Avropa Parlamentinin deputatı: Bakı-Tbilisi-Qars dəmir yolu iqtisadi və siyasi dividend gətirəcək
Bakı-Tbilisi-Qars layihəsinin reallaşması iqtisadi və siyasi dividend gətirəcək, regionda sülhün, təhlükəsizliyin möhkəmlənməsinə töhfə verəcək.
Bu fikri Avropa Parlamentinin Latviyadan olan deputatı Andrey Mamıkin söyləyib.
O deyib ki, bu meqa layihənin gerçəkləşməsində Azərbaycan, Türkiyə və Gürcüstan dövlət başçılarının xüsusi əməyi var. “Bakı-Tbilisi-Qars dəmir yolu ilə yükdaşımalar asanlaşacaq, bu isə Avropa ilə Asiya arasında çox səmərəli iqtisadi-ticari əlaqələrin yaranmasına səbəb olacaq”, - deyə Avropa Parlamentinin deputatı əlavə edib.
A.Mamıkin hesab edir ki, Avropa və Asiya ölkələri bu dəmir yolu xəttindən fəal istifadə edəcəklər. Gələcəkdə bu dəmir yolundan istifadə edəcək ölkələrin sayı daha da artacaq.