YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Siyavuş Novruzov: Bakı-Tbilisi-Qars dəmir yolu tarixi əhəmiyyətə malik layihədir

-Tbilisi-Qars dəmir yolu həm iqtisadi, həm də siyasi baxımdan çox əhəmiyyətli bir layihədir.

Bunu Trend-ə Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.

S.Novruzov bildirib ki, BTQ beynəlxalq əhəmiyyətli bir layihədir: “Bunun siyasi və beynəlxalq əhəmiyyəti iqtisadi əhəmiyyətindən daha böyükdür. Yəni iqtisadi baxımdan başqa sahələrdən də ölkə üçün gəlir əldə etmək olur. Amma siyasi və beynəlxalq baxımdan bu layihə çox mühüm bir addımdır. BTQ-nin bugünki açılış mərasimində də Orta Asiya ölkələrinin iştirakı onu göstərir ki, bu, tarixi əhəmiyyətə malik bir layihədir. Bu layihənin müəllifi ümummilli lider Heydər Əliyevdir. İstər Bakı-Tbilisi-Ceyhan layihəsi, istər Cənub Qaz Dəhlizi və digər layihələrin müəllifi ümummilli lider Heydər Əliyevdir və onun uzaqgörən siyasəti nəticəsində bu addımlar atılıb və Prezident İlham Əliyevin iradəsi nəticəsində bu layihələr reallaşıb”.

Deputat əlavə edib ki, BTQ layihəsi region ölkələrinin birliyi, təhlükəsizliyi və əməkdaşlığına xidmət edən mühüm bir addımdır: “Hesab edirəm ki, keçmiş sovet məkanından da bu layihələrə qoşulanlar olacaq. Bu dəmir yolunun iqtisadi əhəmiyyəti də olduqca böyükdür. Həm yük, həm də sərnişin daşımaları ilə bağlı ölkəmiz gəlir əldə edəcək. Bu layihə həmçinin turizm potensialının genişlənməsinə xidmət edəcək”.

S.Novruzov hesab edir ki, BTQ-nin açılışından sonra Azərbaycanı istəməyən qüvvələr tərəfindən müəyyən qarayaxma, böhtan kampaniyasının da olacağı, o cümlədən Azərbaycan daxilində olan müxalifətin bu kampaniyaya qoşulacağı gözlənilir: “Bu layihənin açılış mərasiminə bir neçə gün qalmış mitinqin keçirilməsi bunun bariz nümunəsidir. Azərbaycan bu qədər böyük iş görür, Ermənistanı tamamilə blokadaya alır, ancaq müxalifət erməni lobbisinin təhriki ilə müxtəlif şüarlar altında mitinq keçirir. Amma buna baxmayaraq, ölkə Prezidentinin cəsarəti, iradəsi və ölkə başçısı ilə xalqın birliyi gələcəkdə də bu cür layihələrin həyata keçirilməsinə dəstək verəcək”.

Deputat vurğulayıb ki, BTQ Avropa İttifaqı ilə sazişin yenilənməsi ərəfəsində açılıb: “Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi də Avropanın diqqətini cəlb edən ən mühüm layihələrdən biridir”.