YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İlham Məmmədov: Dayanıqlı iqtisadi artımın təmin olunması istiqamətində vacib addımlar atılır

«Azərbaycanda dayanıqlı iqtisadi artımın təmin olunması istiqamətində vacib addımlar atılır». Bu fikri Milli Məclisin deputatı İlham Məmmədov deyib.

İ.Məmmədov bildirib ki, bu məqsədlə makroiqtisadi sabitliyin bərqərar olunması, struktur və digər islahatların sürətlənməsi istiqamətində mühüm tədbirlər həyata keçirilməkdədir. Onun sözlərinə görə, iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft məhsullarının ixracının artırılması istiqamətində mühüm addımlar atılır.

«Görülən işlər müsbət nəticələr verməkdədir. Həyata keçirilən tədbirlərin başlıca məqsədi ölkədəki makroiqtisadi sabitliyi təmin etməkdir. Bu yöndə düşünülmüş siyasətin həyata keçirilməsi qarşıdakı hədəflərə nail olmağa imkan verəcək»- deyə, millət vəkili qeyd edib.