YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Səfir Səid Xan Mohmand: Pakistan həmişəki kimi Dağlıq Qarabağ münaqişəsinin həllində dəstək göstərməyə hazırdır

Pakistan həmişəki kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində dəstək göstərməyə hazırdır.

Bunu “Kəşmirin qara günü” adlı konfransda Pakistanın Azərbaycandakı səfiri Səid Xan Mohmand deyib.

Diplomat deyib: "Biz artıq 25 ildir ki, Azərbaycanla uğurla əməkdaşlıq edirik. Ölkələr arasında ticarətdə, eləcə də müdafiə sahəsində ikitərəfli münasibətlər möhkəmlənir".

Səfir qeyd edib ki, Pakistan dəfələrlə Dağlıq Qarabağ ərazilərini işğal olunmuş, Xocalı hadisələrini soyqırım kimi tanıyıb: “Biz Kəşmir məsələsində Azərbaycanın dəstəyini yüksək qiymətləndiririk və Qarabağ məsələsində bu cür dəstəyi göstərməyə hazırıq”.

 

DİGƏR Xəbərlər Arxiv