YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Hüsyenli: Cinayət Məcəlləsinə edilən əlavə və dəyişikliklər çox əhəmiyyətlidir

«Cinayət Məcəlləsinə 300-ə yaxın dəyişikliyin edilməsi nəzərdə tutulub. Bura humanistləşdirmə, liberallaşdırma, azadlıqdan məhrumedilmə sanksiyalarının azaldılması da daxildir». Bu fikirləri Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli parlamentin bu gün keçirilən iclasında Cinayət Məcəlləsinə əlavə və dəyişiklikləri nəzərdə tutan qanun layihəsi haqqında məlumat verərəkən deyib.

Ə.Hüsyenli bildirib ki, sənədin müvafiq maddələrində azadlıqdan məhrumetmə ilə yanaşı, yüksək məbləğlərdə cərimə cəzası da tətbiq olunub. Onun sözlərinə görə, cinayət tərkiblərin Cinayət Məcəlləsindən çıxarılması yolu ilə bəzi əməllər dekriminallaşdırılıb.

«Sənəddə 3 maddə tamamilə dekriminallaşıb. Bu, ehtiyatsızlıqdan sağlamlığa zərərvurma və mülkiyyət əleyhinə olan 131.1 və 184 və 189-cu maddələrdir. Eyni zamanda, məcəllənin ümumi hissəsində cinayətlərin təkrar törədilməsi maddəsi yeni redaksiyada verildiyinə görə digər 10 cinayət tərkibi dekriminillaşdırılıb. Beləliklə, təxminən 15-ə yaxın  maddə dekriminallaşıdırılıb. Eləcə də, məcəllədə

yeni cəza növü-azadlığın məhludlaşıdırlması cəza növü əlavə edilib. Bu təbii ki, kifayət qədər humansit bir yanaşmadır və qanun layihəsində 140-dan çox maddənin sanksiyasında alternativ olaraq bu cəza növü nəzərdə tutulur. Ümumiyyətlə, Cinayət Məcəlləsinə edilən əlavə və dəyişikliklər çox əhəmiyyətlidir. Bu, ölkəmizdə hüquqi sahədə islahatların tərkib hissəsidir, cəza siyasətinin humansitləşdirilməsi ilə bağlı atılan addımdır»- deyə, komitə sədri vurğulayıb.