YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sevinc Fətəliyeva: Konqresmen Smit işğalçı Ermənistanın ən fəal dəstəkçilərindən biridir

«ABŞ konqresmeni Kristofer  Smit  Azərbaycana qarşı həmişə qərəzli münasibəti ilə seçilib. Azərbaycan cəmiyyətinə K.Smitin fəaliyyəti yaxşı tanışdır». Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva deyib.

S.Fətəliyeva bildirib ki, 1990-cı illərin əvvəlində Azərbaycana qarşı qəbul olunmuş ədalətsiz “907-ci düzəliş”in müəlliflərindən olan K.Smit tutduğu vəzifə və imtiyazlarından istifadə edərək Dağlıq Qarabağın müstəqilləşməsi və ona birbaşa yardım göstərilməsi kimi məsələlərdə daim ermənilərin ən böyük dəstəkçilərindən biri olub. Həmçinin K.Smit uydurma “erməni soyqırımı” kampaniyasının fəal təşkilatçılarından biri kimi, ardıcıl olaraq Türkiyəyə, Türk dünyasına qarşı çıxışları və düşmən münasibəti ilə seçilir.

«O, ABŞ-ın uydurma “erməni soyqırımı”nı tanımasının ən aktiv tərəfdarlarındandır. Bu şəxs həmişə özünə «demokratiya» libası geyindirməyə çalışıb. Amma əməlləri isə demokratiya ilə daban-dabana ziddir. Smit həqiqətən demokratiya, insan haqlarının müdafiəçisidirsə, onda dünya insan haqlarının pozulmasına, o cümlədən Ermənistanın Azərbaycan torpaqlarını işğal edərək bir milyondan insanın öz doğma yurdlarında yaşamaq hüququndan məhrum etməsini pisləyərdi. Lakin biz bunun əksini görürük və Smit işğalçı Ermənistanın ən fəal dəstəkçilərindən biridir. Bütün bunları nəzərə alaraq deyə bilərik ki, ABŞ Helsinki Komissiyası bu dinləmələri keçirməklə Ermənistanı “müdafiəyə ehtiyacı olan tərəf” kimi tanıtmaq və ABŞ qanunvericilərini işğalçı rejimə maliyyə və hərbi xarakterli yadımı artırmağa çağırmaq məqsədi güdür»- deyə, S.Fətəliyeva vurğulayıb.