YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Adil Əliyev: Bu gün qələbə qazanan gənc idmançılarımız gələcəyin olimpiya ümidlərimizdir

«Azərbaycan idmanı şanlı qələbələrinə birini də əlavə etdi. Çinin Nancinq şəhərində yeniyetmələrin II Yay Olimpiya Oyunlarında Azərbaycan idmançıları möhtəşəm nəticə göstəriblər». Bu fikirləri Milli Məclisin deputatı, Azərbaycan Kik-Boksinq Federasiyasının prezidenti Adil Əliyev deyib.

A.Əliyev bildirib ki, Azərbaycan qazandığı 12 medalla Avropa ölkələri arasında 6-cı, MDB-də Rusiya və Ukraynadan sonra 3-cü, İslam və Qafqaz ölkələri arasında isə 1-ci yerdə qərar tutub. Onun sözlərinə görə, ümumilikdə Azərbaycan 9 idman növündən  5 qızıl, 6 gümüş və 1 bürünc medalla 204 iştirakçı ölkə arasında 10-cu yeri tutub.

«Beləliklə, 21 idmançıdan 12 idmançımız Vətənə medalla qayıdıb. Başqa sözlə hər iki idmançımızdan biri medal qazanıb. Bu, böyük uğurdur. Bu gün qələbə qazanan gənc idmançılarımız gələcəyin olimpiya ümidlərimizdir. Möhtərəm Prezidentimiz İlham Əliyevin idmana qayğısı, xüsusi inkişaf proqramlarının icrası və dövlətin dəstəyi öz bəhrəsini verir»- deyə, A.Əliyev qeyd edib.

DİGƏR Xəbərlər Arxiv