YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nizami Cəfərov: İki dövləti dərin tarixi və milli köklər bir birinə bağlayır

«Türkiyənin yeni seçilmiş prezidenti  Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri ölkələrimizin münasibətlərinin dostluq və qardaşlıq prinsiplərinə əsaslandığını bir daha nümayiş etdirir. Bu münasibətlər yüksələn xətlə inkişaf edir». Bu fikirləri Milli Məclisin komitə sədri, Azərbaycan - Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Nizami Cəfərov bildirib.

N.Cəfərov deyib ki, iki dövləti dərin tarixi və milli köklər bir birinə bağlayır. Millət vəkilinin sözlərinə görə, Azərbaycan və Türkiyə strateji müttəfiqlərdir və bu amil münasibətlərin inkişafında vacib rol oynayır.

«Maraqlı cəhətlərdən biri o odur ki, bu səfər Ermənistan prezidentinin yeni iddialarının meydana çıxdığı bir zamana təsadüf edir. İndiyə qədər Türkiyə Ermənistana müəyyən şanslar verib. Hətta vaxtilə sərhədlərin açılması ilə bağlı geniş müzakirələr də aparılmışdı. Yaxşı oldu ki, S.Sarkisyanın şəxsində Ermənistanın mövqeyi, iddiaları açıqlandı və məlum oldu ki, ermənilər hələ də xəyallarla yaşayır və buna görə də, onlara heç bir şans vermək mümkün deyil»- deyə N.Cəfərov vurğulayıb.