YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının yeni prezidentini təbrik edib

Sentyabrın 1-də Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının prezidenti vəzifəsinə seçilməsi münasibətilə Donald Tuska təbrik məktubu göndərib.

Məktubda deyilir: “Biz Azərbaycan ilə Avropa İttifaqı arasındakı münasibətlərə və hərtərəfli əməkdaşlığa böyük əhəmiyyət veririk. “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində əlaqələrimizin gündən-günə genişlənməsi məmnunluq doğurur”.

Dövlətimizin başçısı Azərbaycanın Avropa İttifaqının bütün strukturları ilə əməkdaşlığının genişləndirilməsi yolunda birgə səylərin bundan sonra da ardıcıl şəkildə davam etdiriləcəyinə inandığını bildirir.

Azərbaycan Prezidenti Donald Tuska möhkəm cansağlığı, xoşbəxtlik, qarşıdakı məsul fəaliyyətində uğurlar diləyir.

 

DİGƏR Xəbərlər Arxiv