Xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev Bolqarıstanın keçmiş Prezidenti Petar Stoyanovu qəbul etmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 27-də Bolqarıstan Respublikasının keçmiş Prezidenti Petar Stoyanovu qəbul etmişdir.
Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə genişləndiyi vurğulandı, Bakıda keçiriləcək II Qlobal Açıq Cəmiyyətlər Forumunun əməkdaşlığın möhkəmləndirilməsinə dair müxtəlif məsələlərin müzakirəsi üçün yaxşı imkan yaradacağı bildirildi.