Xəbərlər
Prezident İlham Əliyevin imzaladığı Sərəncamlara əsasən bir qrup neftçi dövlət mükafatları ilə təltif edilib

Prezident İlham Əliyevin sentyabrın 19-da imzaladığı Sərəncamlara əsasən bir qrup neftçi dövlət mükafatları ilə təltif edilib.
Sərəncamlara əsasən, ölkənin neft sənayesi sahəsində uzunmüddətli səmərəli fəaliyyətlərinə görə 5 nəfərə “Əməkdar mühəndis”, bir nəfərə “Əməkdar hüquqşünas” fəxri adı verilib. Eyni zamanda, neft sənayesi sahəsində uzunmüddətli səmərəli fəaliyyətlərinə görə 6 nəfərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib.
Bundan başqa, bir nəfər 1-ci dərəcəli, 2 nəfər 3-cü dərəcəli “Əmək” ordeni, bir nefti 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə, 55 nəfər isə “Tərəqqi” medalı ilə təltif edilib.