YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi daha bir nüfuzlu beynəlxalq təşkilatla əməkdaşlığa başlayır

Brüsseldə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndələrinin Qadın Parlamentarilər Qlobal Forumunun rəhbərliyi ilə görüşü olub.

Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, görüşdə birgə əməkdaşlıq, 2015-ci ildə Bakıda keçiriləcək III Qlobal Müştərək Cəmiyyətlər Forumunun təşkilində və işində iştirak məsələləri müzakirə olunub, növbəti Forumda qadın təşkilatının böyük bir nümayəndə heyəti ilə iştirakı qərara alınıb.

Almaniya Bundestaqının üzvü Silvana Koç Mehrinin rəhbərlik etdiyi Qadın Parlamentarilər Qlobal Forumu dünyanın ən nüfuzlu qadın təşkilatlarından biridir. Ətrafında 6 mindən çox qadın siyasətçini birləşdirən təşkilatın üzvləri arasında Hillari Klinton, BMT baş katibinin müşavirləri, Bəhreyn Kralının bacısı və digər nüfuzlu xanım siyasətçilər var.

Xatırladaq ki, III Qlobal Müştərək Cəmiyyətlər Forumu gələn il Avropada təhlükəsizlik və əməkdaşlıq haqqında zirvə aktı olan Helsinki aktının imzalanmasının 40 illiyi ərəfəsində keçiriləcək. Bir çox beynəlxalq təşkilatların xüsusi maraq göstərdikləri Forumda 450-yə yaxın xarici qonağın iştirakı nəzərdə tutulub.