Xəbərlər
Azərbaycan və Moldova ikitərəfli münasibətlərin inkişafı perspektivlərini müzakirə edəcəklər
![](https://yap.org.az/thumb.php?src=https://yap.org.az/upload/images/2577c1ef8e725b12d1509d8073b00840.jpg&w=360)
Moldova Baş nazirinin müavini, xarici işlər və Avropaya inteqrasiya üzrə nazir Natalia German Bakıda Azərbaycan və Moldova münasibətlərinin perspektivlərini müzakirə edəcək.
Danışıqlar xanım N.Germanın sentyabrın 8-9-da Bakıya səfəri çərçivəsində aparılacaq. Bu barədə Moldovanın Azərbaycandakı səfiri İqor Bodiu bildirib. /Trend/
Onun sözlərinə görə, sentyabrın 8-də Moldova Baş nazirinin müavini, xarici işlər və Avropaya inteqrasiya üzrə nazir rəsmi səfəri çərçivəsində azərbaycanlı həmkarı Elmar Məmmədyarovla danışıqlar aparacaq, Azərbaycanın rəsmi şəxsləri ilə görüşlər keçirəcək.
Nazir sentyabrın 9-da Bakıda Aİ-nin "Şərq Tərəfdaşlığı" proqramının iştirakçısı olan ölkələrin XİN rəhbərlərinin qeyri-formal görüşündə iştirak edəcək.