YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Nizami Cəfərov: Xalça Muzeyi Azərbaycan tarixinin mədəni zənginliyini inkişaf etdirəcək bir mərkəzdir

«Dövlət başçısı tərəfindən bugünlərdə açılışı edilən Xalça Muzeyi Azərbaycan xalça sənətini bütün dünyada tanıdan məkan olacaq». Bu fikri Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov deyib.

N.Cəfərov bildirib ki, bu muzey memarlıq abidəsi kimi də böyük əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, Azərbaycanın xalça sənətinin dünyada tanınması yönündə bundan sonra da ardıcıl işlər görüləcək.

«Xalça Muzeyi digər muzeylərimiz kimi, həm Azərbaycan xalqını, həm də dünyanı maraqlandıracaq. Bu, həm də ideoloji hadisədir. Xalça Muzeyi Azərbaycan tarixinin mədəni zənginliyini inkişaf etdirəcək bir mərkəzdir. Bu muzey mədəniyyətimizə çox böyük uğur gətirəcək»- deyə, komitə sədri vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv