YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan-Surinam əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub

Azərbaycanın Braziliyada və eyni zamanda Surinamdakı səfiri Elxan Poluxov Surinam Milli Assambleyasının spikeri Cennifer Qirlings-Simons ilə görüşüb.

Azərbaycanın Braziliyadakı səfirliyindən verilən məlumata görə, görüşdə parlamentlərarası əlaqələr, müasir dövrdə parlament diplomatiyasının ikitərəfli münasibətlərdəki rolu, hökumətlərarası qarşılıqlı səfərlərin təşkil edilməsinin mümkünlüyü və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi müzakirə edilib. Tərəflər ölkələrimiz arasında əlaqələrin genişləndirilməsində böyük potensialın olduğunu bildirib və bu sahədə qanunverici orqanların xüsusi rolunu qeyd ediblər.

DİGƏR Xəbərlər Arxiv