YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gürcüstan Prezidenti: Azərbaycanlılar göstərdi ki, onlar gürcülərin tarixi dostlarıdır

Gürcüstan Prezidenti Georgi Marqvelaşvili Azərbaycan, Türkiyə və Belarusdan olan yanğınsöndürənlərə Barjomidə meşə yanğınları ilə mübarizədə göstərdikləri köməyə görə təşəkkür edib.

Trend bu barədə “Sputnik-Georgia”ya istinadən xəbər verir.

G.Marqvelaşvili hadisə yerinə gələrək vəziyyətlə tanış olub: “Biz gördük ki, azərbaycanlılar, türklər və belaruslular gürcülərin nə qədər səmimi dostlarıdır”.

Prezident köməklik edən bütün ölkələrə təşəkkürünü bildirib.

Qeyd edək ki, Gürcüstanın Daba kəndi yaxınlığında yerləşən meşədə yanğın avqustun 20-dən davam edir. Hazırda yanğın lokallaşdırılsa da, tam söndürmək mümkün olmayıb. Dağlıq ərazi, külək və quru hava yanğının tam söndürülməsinə mane olur. Yanğının söndürülməsinə kömək üçün Azərbaycan 3 helikopter, texnika və canlı qüvvə göndərib.