YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xarici müəssisə və təşkilatlar əsas kapitala 5 milyard manatdan çox vəsait yönəldib

Cari ilin yanvar-iyul aylarında xarici müəssisə və təşkilatlar tərəfindən əsas kapitala 5 milyard 281,1 milyon manat vəsait yönəldilib.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilmiş vəsaitin 4 milyard 654,2 milyon manatı (88,1 faizi) Birləşmiş Krallıq, Türkiyə, Malayziya, İsveçrə, Rusiya, İran, ABŞ, Yaponiya və Çexiya sərmayədarlarına məxsus olub.

Tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 67,2 faizini tikinti, yenidənqurma və genişləndirmə, 10,1 faizini əsaslı təmir, 4,5 faizini cari təmir, 18,2 faizini isə digər tikinti işləri təşkil edib.

Ümumi inşaat işlərinin 86,9 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetiriblər.