YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda AŞ-yə üzv ölkələrdə Sosial Birlik üzrə Strategiya və Fəaliyyət Planının icrasına dair konfrans keçiriləcək

Cari ilin 10-11 sentyabr tarixlərində Bakıda Avropa Şurasına üzv ölkələrdə Sosial Birlik üzrə Strategiya və Fəaliyyət Planının icrasına dair konfransın keçirilməsi nəzərdə tutulur.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Azərbaycanın Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyi çərçivəsində baş tutacaq tədbirdə Şuraya üzv ölkələrin əmək və sosial müdafiə sahəsi üzrə hökumət qurumlarının məsul şəxsləri iştirak edəcəklər.

2001-ci ildən AŞ-nin üzvü olan Azərbaycan ötən müddətdə təşkilatın insan hüquqları, həmçinin sosial hüquqlarla bağlı mühüm sənədlərini ratifikasiya edib. Həmin sənədlərin, o cümlədən insanların mühüm sosial hüquqlardan istifadəsinə əlverişli şəraitin yaradılmasını nəzərdə tutan Sosial Birlik üzrə Strategiyanın və Fəaliyyət Planının prinsiplərinin icrası sahəsində Azərbaycanda məqsədyönlü işlər görülür, sosial qanunvericilik qabaqcıl Avropa dəyərlərinə uyğunlaşdırılır. Bununla bağlı olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Avropa Şurasının aidiyyəti üzrə Sosial Birlik Komitəsi ilə fəal əməkdaşlıq həyata keçirir.