YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Litva Alxanlı kəndində dinc azərbaycanlı sakinlərin öldürülməsi ilə əlaqədar başsağlığı verir

Litva Dağlıq Qarabağ münaqişəsi zonasında Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində vəziyyəti diqqətlə izləyir. Bu sözləri Litvanın xarici işlər naziri Linas Linkyaviçyus söyləyib.

O deyib: “Atəşkəs rejiminin pozulmasının davam etməsi bizi dərindən narahat edir. Nəticədə bir neçə adam, o cümlədən Füzuli rayonunun Alxanlı kəndində mülki şəxslər həlak olub. Mən həlak olanların ailələrinə Litva xalqı adından dərin hüznlə başsağlığı vermək istəyirəm.

Litva Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə - Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində və Helsinki Yekun Aktında təsbit olunmuş başlıca prinsiplərə əsaslanan danışıqlar yolu ilə nizamlanmasını dəstəkləyir. Biz ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçilik səylərini tam dəstəkləyirik və münaqişə zonasında gərginliyi zəiflətmək üçün tədbirlər görmək çağırışına qoşuluruq”.