YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rövşən Rzayev: Münaqişəsinin həllində irəliləyişin əldə olunması üçün beynəlxalq birlik işğalçı Ermənistana təzyiq göstərməlidir

«Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyişin əldə olunması üçün beynəlxalq birlik işğalçı Ermənistana təzyiq göstərməlidir». Bu fikri Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev deyib.

R.Rzayev bildirib ki, münaqişənin ədalətli həlli yolu  BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin icra olunmasıdır. Onun sözlərinə görə, əgər erməni tərəfi xoşluqla sülhə getməsə Azərbaycanın öz gücünü torpaqlarını azad etməkdən başqa yolu qalmır.

«Münaqişənin həlli yolu tapılmayana qədər cəbhə xəttində toqquşmaların  davam etməsi gözləniləndir. Ermənistan hakimiyyəti problemin həllinə maraqlı deyil. Onlar müxtəlif bəhanələrlə status-kvonu qoruyub saxlamağa çalışır. Bu isə yolverilməzdir»- deyə, R.Rzayev qeyd edib.