YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kamilə Əliyeva: IV İslam Həmrəyliyi həmrəylik və dostluq bayramı kimi tarixə düşdü

«Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarını uğurla başa vurdu. Bu möhtəşəm tədbir İslam dünyasının birliyinə xidmət edən növbəti addım idi». Bu fikirləri Milli Məclisin deputatı Kamilə Əliyeva deyib.

K.Əliyeva bildirib ki, Oyunlar böyük idman bayramı olmaqla yanaşı müsəlman dünyasını bir araya gətirdi. Onun fikrincə, bu kimi tədbirlər İslam aləminin birliyini gücləndirir.

«Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Təşkilat Komitəsi IV İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə keçirilməsini təmin etdi. Eyni zamanda, bu mötəbər idman tədbirinin Azərbaycanda təşkili ölkəmizin güclü potesniala malik olduğunu nümayiş etdirdi. Bütövlükdə, IV İslam Həmrəyliyi Oyunları Azərbaycan, eləcə də İslam dünyası üçün möhtəşəm bir həmrəylik və dostluq bayramı kimi tarixə düşdü»- deyə, deputat qeyd edib.