Xəbərlər
Azərbaycan Prezidenti bir qrup dövlət qulluqçusunu təltif edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 21-də Dövlət qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən 3 nəfər 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə, 46 nəfər “Tərəqqi” medalı ilə, 142 nəfər isə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.