YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

NATO Azərbaycan hərbçilərinə təlim keçir

Azərbaycan Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzində NATO-nun Brunssum şəhərindəki (Niderland Krallığı) Birləşmiş Komandanlığının mobil təlim qrupu tərəfindən "Əldə hazırlanan partlayıcı qurğularla mübarizə" mövzusunda təlimə başlanıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, mühəndis xidmətinin bir qrup zabiti üçgünlük təlim kursuna cəlb olunub. Təlimin ilk günü hərbi tərəfdaşlıq və digər mövzuların təqdimatı ilə yadda qalıb.

Keçirilən kursda mühəndis xidmətinə cavabdeh zabitlər hərbi biliklərini təkmilləşdirəcəklər. Təlim zamanı "Əldə hazırlanan partlayıcı qurğuların törətdiyi fəsadlar və bu qurğulara qarşa müdafiə sistemlərinin təhlili" və digər mövzular üzrə seminarlar keçiriləcək.