YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakı yenidən Beynəlxalq Caz Festivalına ev sahibliyi edəcək

Oktyabrın 20-dən 28-dək Bakı Beynəlxalq Caz Festivalı keçiriləcək.

Tədbir Mədəniyyət və Turizm Nazirliyi, “Jazz dünyası” jurnalı, “A-A Events” şirkətinin və “The landmark hotel Baku”nun təşkilatçılığı, ölkəmizdə fəaliyyət göstərən bir sıra səfirliklərin, habelə mədəniyyət mərkəzlərinin, şirkətlərin tərəfdaşlığı ilə reallaşacaq.

Festival günlərində cazsevərlər Sekou Kouyate (Qvineya), Syminology qrupu (Almaniya), Mişel Borstlap Triosu (Hollandiya), Bendik Hofset (Norveç), Omri Mor Triosu (İsrail), Matthias Spillman (İsveçrə), Bobo Stenson Triosu (İsveç), Kennedi Administreyşn (ABŞ) kimi dünya şöhrətli musiqiçilərin ifalarını dinləmək imkanı qazanacaqlar.

Bakı Caz Festivalı bu il “European Jazz Network” təşkilatına üzv olub.