YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının növbəti konfransı keçirilib

İyunun 10-da Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının növbəti konfransı keçirildi.

Konfrans iştirakçıları öncə Ümummilli Lider Heydər Əliyevin rayonun mərkəzi meydanında ucaldılmış abidəsi önünə gül-çiçək dəstələri qoydular.

Konfransda YAP Siyasi Şurasının üzvü, Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev iştirak edib.

Konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin və rayon təşkilatının son konfransından ötən dövrdə vəfat etmiş YAP üzvlərinin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.

YAP Kürdəmir rayon təşkilatının sədri Ağaəli Kərimli son konfransdan ötən dövr ərzində rayon təşkilatının fəaliyyəti və qarşıda duran vəzifələr barədə hesabat məruzəsi ilə çıxış etdi.

Hesabat məruzəsində qeyd olundu ki, artıq 25 ildir ki, Yeni Azərbaycan Partiyası sıralarında birləşdirdiyi 700 min nəfərədək partiya üzvləri ilə birlikdə ölkəmizin siyasi səhnəsində uğurla fəaliyyət göstərir. YAP rayon təşkilatı rayonun sosial –iqtisadi, siyasi və mədəni həyatında yaxından iştirak edərək hər bir YAP üzvünün nümunə olmalarına çalışır.

Hesabat dövrü ərzində keçirilən Prezident, Parlament, Bələdiyyə seçkilərində və Ümumxalq səsverməsi - Referendumda rayon təşkilatı siyasi aktivlik göstərərək, seçkilərin demokratik, şəffaf və mütəşəkkil şəkildə heyata keçirilməsinə nail olmuşdur.

Konfransda rayon təşkilatı nəzarət-təftiş qrupunun sədrinin hesabatı dinlənildi.

Məruzələr ətrafında çıxış edənlər rayon təşkilatının ötən dövr ərzindəki fəaliyyətini qənaətbəxş hesab etdiklərini bildirdilər.

YAP Siyasi Şurasının üzvü, Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev və rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov konfransda çıxış edərək, YAP-ın yarandığı tarixi şəraitdən, keçdiyi çətin və şərəfli yoldan, partiyanın yaradıcısı ümummilli Lider Heydər Əliyevin xilaskarlıq missiyasından bəhs edərək vurğuladılar ki, məhz ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan  dövləti parçalanmadan, anarxiya, xaos və tənəzzüldən qurtularaq bu günkü vəziyyətə gəlib çıxmışdır.

Qeyd olundu ki, nail olduğumuz müstəqillik bu gün möhtərəm Prezidentimiz, YAP-ın sədri cənab İlham Əliyevin yürütdüyü daxili və xarici siyasət nəticəsində daha da möhkəmlənmiş, Azərbaycanın müstəqilliyi əbədilik qazanmışdır.

Çıxışlardan sonra, konfrans təşkilati məsələlərə baxdı.

Açıq səs vermə yolu ilə rayon təşkilatının Şurası, İdarə heyəti və nəzarət-təftiş qrupu seçildi.

Ağaəli Kərimli yenidən Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri seçildi.