YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Avropa İttifaqı Azərbaycanda kənd təsərrüfatının inkişafına dəstək üzrə yeni proqram həyata keçirəcək

2017-ci ildə Avropa İttifaqı (Aİ) Azərbaycanda kənd təsərrüfatının inkişafına dəstək üzrə yeni proqram həyata keçirəcək.

Bu sözləri Avropa Ittifaqının Şərq Qonşuluğu üzrə direktoru Lourens Meredit iyunun 8-də Bakıda keçirilən Azərbaycan-Avropa İttifaqı biznes-forumunda deyib.

O bildirib ki, Aİ Azərbaycanla əməkdaşlıqdan məmnundur. Azərbaycan daim inkişafa meyilli olan ölkələrdəndir. Avropa İttifaqı yalnız Bakı ilə yox Azərbaycanın regionları ilə də proqramlar həyata keçirmək niyyətindədir. Buna kənd təsərrüfatının inkişafı ilə bağlı proqramlar daxildir.

L.Meredit, həmçinin qeyd edib ki, Aİ Şərq Qonşuluğu ölkələri ilə yanaşı Azərbaycanla da biznes mühitinin yaxşılaşdırılması istiqamətində işlər görür.