YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tahir Budaqov: Əhalinin siyahıyaalınması üzrə məlumatlar Azərbaycanın perspektivlərinin müəyyən edilməsində aktual mənbə olacaq

Əhalinin siyahıyaalınması nəticəsində əldə edilən məlumatlar həm Azərbaycanın, həm də regionun gələcək perspektivlərinin müəyyən edilməsi üçün aktual mənbə kimi istifadə olunacaq.

Bunu jurnalistlərə MDB iştirakçısı olan dövlətlərin Statistika Xidmətləri Rəhbərləri Şurasının sədri, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov deyib.

“2017-ci ildə MDB iştirakçısı olan dövlətlərin Statistika Xidmətləri Rəhbərləri Şurasının sədrliyi Azərbaycana keçib. BMT tərəfindən elan olunan MDB dövlətlərində əhalinin siyahıyaalınmasının 2020-ci il raunduna hazırlıq məsələləri və siyahıyaalma ilə bağlı sorğu vərəqələrinin hazırlanması bu günün Şuranın aktual məsələlərinə daxil edilib. Siyahıyaalma nəticəsində əldə edilən məlumatlar həm Azərbaycanın, həm də regionun gələcək perspektivlərinin müəyyən edilməsi üçün aktual mənbə kimi istifadə olunacaq”, - deyə Tahir Budaqov əlavə edib.

MDB iştirakçısı olan dövlətlərin Statistika Xidmətləri Rəhbərləri Şurasının sədri qeyd edib ki, Prezident İlham Əliyevin Fərmanı ilə Azərbaycanda əhalinin siyahıyaalınmasının müddəti müəyyən olunub və bu proses 2019-cu il oktyabrın 1-dən 10-dək keçiriləcək. 

DİGƏR Xəbərlər Arxiv