Xəbərlər
Çex Prezidenti Miloş Zeman: Azərbaycan Respublikası ilə Çex Respublikası arasında ikitərəfli münasibətlər dinamik şəkildə inkişaf edir
![](http://yap.org.az/thumb.php?src=http://yap.org.az/upload/images/8cfa3190ba38d27b77ebd27012b1458c.jpg&w=360)
Çex Respublikasının Prezidenti Miloş Zeman Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanladı.
Təbrikdə deyilir: “İcazə verin, Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizə və ölkənizin vətəndaşlarına səmimi təbriklərimi çatdırım. Mən şadam ki, Azərbaycan Respublikası ilə Çex Respublikası arasında ikitərəfli münasibətlər dinamik şəkildə inkişaf edir.
Zati-aliləri, məsuliyyətli işinizdə Sizə müvəffəqiyyətlər diləyir, Azərbaycan Respublikasının vətəndaşlarına əmin-amanlıq və rifah arzulayıram.”